Braziliyada turist qayanın zirvəsində şəkil çəkdirmək istəyərkən faciəli şəkildə həlak olub.
KONKRET.az xəbər verir ki, bu barədə “Need To Know” portalı məlumat yayıb.
Hadisə iyunun 28-də səhər saatlarında Marika şəhərində yerləşən Pedra do Makako cığırında baş verib. 44 yaşlı Kaio Roşa Agiar Arrabal şəkil çəkdirmək üçün qaya meydançasına qalxsa da, müvazinətini itirərək hündürlükdən yıxılıb.
