Hazırda dünyada neçə milyarder var?backend

Hazırda dünyada neçə milyarder var?

Hazırda dünyada 3302 nəfər milyarder var ki, bu da rekord göstəricidir.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsveçrənin “UBS Group AG” bankının illik hesabatında deyilir.

2025-ci ilin aprelindən 2026-cı ilin aprelinədək olan dövrü əhatə edən hesabata əsasən, son bir il ərzində dünyada milyarderlərin sayı 383 nəfər, yaxud 13,1% artıb.

“Onlardan min nəfərdən çoxu ABŞ-də, 562 nəfər Çində və 211 nəfər Hindistanda yaşayır. Ardınca müvafiq olaraq 193 və 122 milyarder ilə Almaniya və Rusiya gəlir”, – sənəddə deyilir.

Bildirilir ki, qeyd olunan milyarderlərdən yalnız 19 nəfərinin sərvəti 100 milyard dollardan çoxdur. Onlardan 15 nəfəri ABŞ-də yaşayır./”Qafqazinfo”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*