Pakistanda təhsil mərkəzinin damı çökdü – 14 uşaq öldübackend

Pakistanda təhsil mərkəzinin damı çökdü - 14 uşaq öldü

Pakistanın Lahor vilayətində yerləşən təhsil mərkəzlərindən birinin damı uçub.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində 14 uşaq həyatını itirib.

Rəsmi qurumlar qəza zamanı 19 uşağın yaralandığını, onlardan 5-nin vəziyyətinin ağır olduğunu bildiriblər.

Hadisə yerinə çoxlu sayda axtarış-xilasetmə qrupu və təcili tibbi yardım briqadası cəlb olunub.

Dağıntılar altında qalanların xilas edilməsi istiqamətində işlər davam etdirilir.

Hadisə ilə bağlı iki nəfər həbs edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*