Moskva vilayətində raket xəbərdarlığı elan edilibbackend

Moskva vilayətində raket xəbərdarlığı elan edilib

Rusiyanın paytaxtı Moskva və ətraf bölgələrində raket təhlükəsi elan edilib. Fövqəladə Halların Xəbərdarlığı üzrə Vahid Dövlət Sistemi sakinləri dərhal təhlükəsiz yerlərə keçməyə və ya sığınacaqlarda gizlənməyə çağırıb.

KONKRET.az xəbər verir ki, rəsmi bildirişdə vətəndaşlara evdə qalmaları, pəncərələrdən uzaq durmaları, çöldə olanlara isə yeraltı keçid və ya dayanacaqlara sığınmaları tövsiyə olunub. Həmçinin, PUA-ların və hava hücumundan müdafiə sistemlərinin fəaliyyətinin lentə alınması qadağan edilib və mobil internet xidmətində fasilələrin ola biləcəyi barədə xəbərdarlıq edilib.

Yaranmış vəziyyətlə əlaqədar Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) təhlükəsizlik tədbirləri çərçivəsində paytaxtın Vnukovo, Domodedovo, Jukovski və Şeremetyevo hava limanlarında təyyarələrin uçuş və enişinə müvəqqəti məhdudiyyətlər tətbiq edib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*