Almaniya yığmasının məşhur qapıçısı Manuel Noyer milli komandada karyerasını başa vurduğunu bəyan edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Bayern & Germany”nin sosial şəbəkə hesabında məlumat açıqlanıb.
“Bütün bunların məhz bu şəkildə yekunlaşması olduqca acınacaqlıdır”, – deyə qapıçı bildirib.
40 yaşlı almaniyalı dünya çempionatlarında keçirdiyi matçların sayına görə qapıçılar arasında rekorda sahibdir (23 oyun). O, Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionu tituluna sahib çıxıb.
Qeyd edək ki, Almaniya yığması dünya çempionatında (DÇ-2026) mübarizəni 1/16 final mərhələsində, Paraqvay komandasına uduzaraq dayandırıb.
