“Miss Avstriya” titulunun hazırkı sahibi Lüsi Sisic faciəvi şəkildə həlak olub. Onun cəmi 22 yaşı var idi.
KONKRET.az xəbər verir ki, bu barədə “Miss və Mister Avstriya” müsabiqələrini keçirən “Mission Austria” təşkilatı rəsmi bəyanat yayıb.
Bəyanatda deyilir: “Böyük şok və dərin kədərlə “Miss Avstriya – 2024″ün qalibi Lüsi Sisicin vəfat etdiyini öyrəndik”.
Avstriyanın “Die Presse” qəzetinin məlumatına görə, Sisic hələ də hazırkı gözəllik kraliçası olaraq qalırdı, çünki 2024-cü ildə qələbə qazandıqdan sonra başqa müsabiqələr keçirilməmişdi.
Ölümün rəsmi səbəbi hələ açıqlanmır. Lakin məlumdur ki, Lüsi səhhətindəki problemlər barədə açıq danışırdı: o, ürək qapağının anadangəlmə qüsuru ilə doğulmuşdu və buna görə qısa ömrü ərzində yeddi ağır əməliyyat keçirmişdi.
2024-cü ilin avqust ayında model “Instagram” səhifəsində uşaq kardioloqları komandasına xilaskarlıq fəaliyyətinə görə təşəkkür etdiyi emosional paylaşım etmişdi./bizimmedia
