Britaniyalı tibb bacısı Lyusi Letbi yeddi körpəni öldürməkdə və daha altı körpəni öldürməyə cəhddə ittiham olunaraq ömürlük həbs cəzasına məhkum edilib.
KONKRET.az xəbər verir ki, müstəntiqlərin fikrincə, Letbi 2015-2016-cı illərdə İngiltərənin şimalındakı qrafinya Çester xəstəxanasında beş oğlan və iki qız uşağının qətlini törədib. İttiham tərəfi tibb bacısının uşaqlara insulin verdiyini, həmçinin körpələri həddindən artıq qidalandırdığını iddia edir.
Hökmü çıxaran hakim Ceyms Qos qeyd edib:
“Bu, ən kiçik və ən həssas canlıları düşünülmüş və qeyri-insani şəkildə qətliam silsiləsidir”.
Burhan,
KONKRET.az
