Gədəbəy rayon sakini, 7 yaşlı Aytən Şirin qızı Qurbanovanın təcili əməliyyat üçün yardıma ehtiyacı var.
KONKRET.az-a bu barədə müraciət edən Aytənin anası Ülviyyə Yusifova bildirir ki, övladı anadangəlmə bud-çanaq oynağının ikitərəfli çıxığı xəstəliyindən əziyyət çəkir. Uşaq uzun illərdir axsaya-axsaya yeridiyi üçün onurğasında lordoz xəstəliyi yaranıb. Ü.Yusifova qeyd edir ki, övladı təcili əməliyyat olunmalı və hər iki bud-çanaq oynağına implant qoyulmalıdır.
Bu əməliyyat üçün 14000 manat vəsait tələb olunduğunu deyən ana 8000 manatın toplandığını deyərək, yerdə qalan 6000 manat üçün imkanlı və yardımsevər insanlardan kömək istəyir.
Məlumat üçün bildirək ki, Aytənin əməliyyatı avqustun 25-nə təyin olunub. Ümid edirik ki, xeyirxah insanların dəstəyi ilə o, tezliklə şəfa tapacaq.
KONKRET.az
