Rusiyanın Voronej vilayətində 13 yaşlı məktəbli qız yaşayış binasının 9-cu mərtəbəsindən yıxılsa da, sağ qalıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hadisə şahidləri təcili yardım çağırıb.
Yaralı təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Onun həyatı üçün hər hansı təhlükənin olub-olmaması barədə məlumat verilmir.
İlkin məlumata görə, hadisədən əvvəl zərərçəkmiş gənc oğlanı ilə mübahisə edib. İstintaq bu versiyanı rəsmən təsdiqləməyib.
Prokurorluq hadisənin baş vermə şəraitini araşdırır.
İqbal Rzayev,
KONKRET.az
