İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə telefonla danışıb.
KONKRET.az xəbər verir ki, tərəflər Fələstin-İsrail münaqişəsi zonasında baş verən son hadisələri müzakirə ediblər.
“HƏMAS rəhbəri İsmayıl Haniyə ilə telefon danışığında Fələstində Qəzza və İordan çayının qərb sahilində baş verən son hadisələri müzakirə etdik”, – İran Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.
Ariz Həsənoğlu,
KONKRET.az
