”Çelsi”nin sabiq sahibi, rusiyalı milyarder Roman Abramoviç gizli şəkildə klub almaqda ittiham olunur.
KONKRET.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. O, hələ “Çelsi”nin sahibi olduğu müddətdə sözügedən klubun alınmasına görə 2015-ci ilin sonuna qədər 117 milyon avro maliyyə vəsaiti ödəyib. Bu maliyyə qeyri-müəyyən offşor şirkətlər vasitəsilə ötürülüb.
