Samuxda balıq tutmaq istəyən Bakı sakini boğularaq ölüb.
KONKRET.az xəbər verir ki, Kürün Qarağaclı kəndi ərazisindən keçən hissəsində balıq tutmağa gedən iki Bakı sakinindən biri, 1952-ci il təvəllüdlü Sergey Qeorgiyeviç ehtiyatsızlıqdan qayıqdan çaya düşüb.
Aidiyyəti qurumlar tərəfindən meyit sudan çıxarılaraq ekspertiza təhvil verilib.
Faktla bağlı Samux rayon prokurorluğunda araşdırma başlanılıb.\\“Qafqazinfo”
