ABŞ Ağ Evin hazırkı rəhbəri Co Baydenin siyasəti ucbatından ciddi problem yaşayır və cəhənnəmə düşüb.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib.
Trampın sözlərinə görə, ölkə “ciddi bəla içindədir”, qələbələrini itirib.
“Co Bayden ölkəmizi cəhənnəmə getməyə icazə verdi”, – Tramp deyib.
Qeyd edək ki, bir gün əvvəl ABŞ-da respublikaçılar Baydenə qalib gəlmək üçün Trampın ətrafında birləşməyə çağırış ediblər. Bu açıqlama ilə Kanzasdan olan respublikaçı amerikalı senator Rocer Marşall çıxış edib.
Ariz Həsənoğlu,
KONKRET.az
