ABŞ BƏƏ-yə “F-35″lərin tədarükünü təxirə saldı – SƏBƏBbackend

ABŞ BƏƏ-yə "F-35"lərin tədarükünü təxirə saldı - SƏBƏB

ABŞ Prezidenti Co Bayden administrasiyası gizli texnologiyaların Çinə ötürülməsi riski yüksək olduğu üçün BƏƏ-yə “F-35″lərin satışı ilə bağlı danışıqları daha sonrakı tarixə təxirə salmaq qərarına gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə “Financial Times” öz mənbələrinə istinadən yazıb.

Qeyd edək ki, 50-yə qədər “F-35” qırıcısının satışı üzrə danışıqlar Donald Trampın prezidentliyi illərində ABŞ tərəfindən aktiv şəkildə aparılıb. 2020-ci ildə Dövlət Departamenti Konqresə BƏƏ-yə mümkün qırıcı təyyarələrin çatdırılması barədə məlumat verib, lakin o vaxt sövdələşməni yekunlaşdırmaq mümkün olmayıb.

Xatırladaq ki, “F-35″ləri Amerikanın hərbi sənaye şirkəti “Lockheed Martin” istehsal edir. Onların istehsalına 2011-ci ildə başlanılıb. Döyüş təyyarələri ABŞ, Böyük Britaniya, Norveç, Danimarka, İtaliya, Polşa, Niderland, Avstraliya, Yaponiya, Cənubi Koreya və İsrailin silahlı qüvvələrində istismar edilir. Döyüş şəraitində ilk dəfə olaraq “F-35” İsrail tərəfindən 2018-ci ilin may ayında Suriyada istifadə edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*