ABŞ-ın Miçiqan ştatında ticarət mərkəzinin dayanacağında atışma baş verib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər yaralanıb.
Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır.
Qeyd olunub ki, xəsarət alanlar 16-26 yaş arasında olub.
Hadisə yerində odlu silahlar aşkar edilərək götürülüb, bir neçə nəfər saxlanılıb. Hazırda saxlanılanların hamısı dindirilir, həbslər barədə məlumat yoxdur.
İqbal Rzayev,
KONKRET.az
