ABŞ-da “Qara cümə” – Rekord məbləğdə pul xərcləndibackend

ABŞ-da “Qara cümə” – Rekord məbləğdə pul xərcləndi

Amerikalılar Qara Cümə günü onlayn alış-verişə rekord məbləğdə – 9,12 milyard dollar xərcləyiblər

KONKRET.az xəbər verir ki, son iki il ərzində pandemiya səbəbindən mağazadaxili alış-verişin azalmasına baxamayaraq istehlakçıların ticarət mərkəzlərinə axışacağı gözlənilirdi. Lakin ölkənin bəzi yerlərində arabir yağan yağışlar səbəbindən Qara Cümə günü mağazalar həmişəkindən daha az ziyarətçi cəlb edib.

Belə ki, ABŞ-dakı ən yaxşı 100 onlayn mağazanın 85%-nin alış məlumatlarına çıxışı olan “Adobe Analytics”-in  statistik məlumatlarına görə, Qara Cümə günü onlayn xərclər 2,3% artıb.

Bazar ertəsinə qədər ameriaklıların 11,2 milyard dollar xərcləyəcəyi proqnozlaşdırılır.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*