ABŞ-da təlimlərdə iştirak edən niderlandlı hərbçi güllələndibackend

ABŞ-da təlimlərdə iştirak edən niderlandlı hərbçi güllələndi

ABŞ-ın İndiana ştatında təlim üçün gedən üç holland komandosu şənbə günü səhər saatlarında qaldıqları otelin qarşısında güllələnib.

KONKRET.az xəbər verir ki, iki əsgərin vəziyyətinin ağır olduğu bildirilərkən, komandoların hadisədən bir müddət əvvəl bir neçə nəfərlə mübahisə etdiyi və hücumun bu səbəbdən baş verə biləcəyi bildirilib.

Hollandiya Müdafiə Nazirliyinin verdiyi açıqlamada əsgərlərdən birinin vəziyyətinin ağır olduğu bildirilib. İndiana polisinin hadisə ilə bağlı araşdırmalara başladığı açıqlanıb. İndianapolis Böyükşəhər Polis Xidməti daha sonra vəziyyəti ağır olan əsgərlərin sayının iki olduğunu açıqlayıb.

“FOX 59” kanalına danışan bir polis məmuru Hollandiya komandolarının hadisədən bir müddət əvvəl bir şəxs və ya şəxslərlə mübahisə etdiyini və hücumun buna görə edildiyini düşündüklərini bildirib. Hücumların səbəbi ilə bağlı əlavə açıqlama verilməyib.

Əsgərlərin kimliyi açıqlanmasa da, ailələrinə məlumat verildiyi qeyd olunub. Pentaqon isə hücumda yaralanların ABŞ hərbçilərinin olub-olmadığını açıqlamayıb.

Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*