ABŞ-da yaşayan şuşalı: “Ermənilər evimizi dağıdıblar, sadəcə divarı qalıb”backend

ABŞ-da yaşayan şuşalı: "Ermənilər evimizi dağıdıblar, sadəcə divarı qalıb"

“Şuşa uşaqlıq xatirələrim, xəyallarım, arzularım və ən böyük həsrətim idi. Bir gün Şuşaya dönmək üçün bilet axtaracağım ağlıma belə gəlməzdi. Hazırda 4 yaşımda çıxdığım Vətən torpağını öpmək üçün səbirsizlənirəm”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Report”un xüsusi müxbirinə açıqlamasında ABŞ-ın məşhur tibb ocaqlarından biri olan “The Mount Sinai Hospital”ın qəbul şöbəsində işləyən şuşalı məcburi köçkün Rəvanə Əhmədova bildirib.

Onun sözlərinə görə, Vətən həsrəti sərhəd tanımır: “Mən 1987-ci ildə Şuşada doğulmuşam. Anam müəllimə, atam iqtisadçı idi. Atam Bakıda işləyirdi, anamla mən Şuşada qalırdıq. Atam tez-tez yanımıza gəlirdi. Şuşadan çıxanda dörd yaşım olsa da, yaddaşımda çox xatirələr həkk olunub. Böyük həyət evimiz, itimiz və pianinomuz vardı. Anam məni musiqi məktəbinə qoymaq istəyirdi, ancaq qismət olmadı. Həyətimizdə çox böyük bir tut ağacımız vardı, dayım hər səhər ordan tut yığırdı. Cıdır düzü də evimizə yaxın idi. Uşaqlarla tez-tez ora gedir və ərazidəki sürüşkəndə sürüşürdük”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*