ABŞ Əfqanıstanı NATO-dan kənar əsas müttəfiq statusundan MƏHRUM ETDİbackend

ABŞ Əfqanıstanı NATO-dan kənar əsas müttəfiq statusundan MƏHRUM ETDİ

ABŞ Prezidenti Co Bayden Əfqanıstanın NATO-dan kənar əsas müttəfiq siyahısından çıxarıldığını açıqlayıb.

KONKRET.az  “Kommersant”a istinadən xəbər verir ki, qərar Ağ Evin saytında dərc olunub.

Xatırladaq ki, Əfqanıstan 2012-ci ildə prezident Barak Obamanın dövründə NATO-dan kənar ABŞ-ın əsas müttəfiqi statusunu alıb.

Bayden Kabili bu statusdan məhrum etmək planlarını iyul ayında, “Taliban” ölkədə hakimiyyəti ələ keçirdikdən təxminən bir il sonra elan edib.

Qeyd edək ki, ABŞ-ın NATO xaricində əsas müttəfiqi statusuna malik 19 ölkə var. Onların arasında Avstraliya, Misir, İsrail, Yaponiya, Cənubi Koreya və Braziliya da var.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*