ABŞ Hörmüz boğazına iki desant gəmisi GÖNDƏRİRbackend

ABŞ Hörmüz boğazına iki desant gəmisi GÖNDƏRİR

İranın sərbəst ticarət axınına təhlükə yaratmaq cəhdlərinə cavab olaraq ABŞ Hörmüz boğazına iki desant gəmisi, “USS Bataan” və “USS Carter Hall” göndərəcək.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmri Pentaqonun rəhbəri Lloyd Ostin verib.

USS Bataan

Onun sözlərinə görə, “F-35” və “F-16” qırıcıları ilə birlikdə “USS Thomas Hudner” (DDG-116) gəmisi daha əvvəl boğaza göndərilib.

“USS Thomas Hudner” (DDG-116)

“Birləşmiş Ştatlar bu addımı ilə İranın regionda sabitliyi pozan fəaliyyətlərinin qarşısının alınmasında sadiq olduğunu nümayiş etdirir”, – Pentaqonun açıqlamasında deyilir.

Qeyd edək ki, Pentaqon bu həftə Yaxın Şərqə döyüş təyyarələri göndəriləcəyini açıqlayıb.

USS Carter Hall

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*