“ABŞ-ı ancaq vətəndaş müharibəsi dayandıra bilər” – Dmitri Medvedyevbackend

“ABŞ-ı ancaq vətəndaş müharibəsi dayandıra bilər” – Dmitri Medvedyev

“Qiyamət müharibəsinin başlanmasının 50-ci ildönümündə Həmas ilə İsrail arasında toqquşmaların başlaması gözlənilən hadisə idi. Vaşinqton və onun müttəfiqləri bunu etməli idi. İsrail və Fələstin arasında münaqişə onilliklərdir ki, davam edir. ABŞ isə bu məsələdə əsas oyunçudur”.

KONKRET.az xəbər verir ki, bu barədə Dmitri Medvedyev özünün teleqram kanalında yazıb.

“Lakin bu axmaqlar Fələstin-İsrail razılaşması üçün fəal işləmək əvəzinə, ortalığa girib neonasistlərə kömək etməklə və iki yaxın ölkəni bir-birinə qarşı qoymaqla məşğuldurlar. Amerikanın bütün planetdə münaqişələri alovlandırmaq üçün çılğın ehtirasını nə dayandıra bilər?

Görünür, bu, sadəcə olaraq, ABŞ ərazisində vətəndaş müharibəsidir”, – deyə D.Medvedyev fikrini tamamlayıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*