ABŞ ilk dəfə olaraq rusiyalıdan müsadirə etdiyi vəsaiti Ukraynaya KÖÇÜRDÜbackend

ABŞ ilk dəfə olaraq rusiyalıdan müsadirə etdiyi vəsaiti Ukraynaya KÖÇÜRDÜ

ABŞ rusiyalı iş adamı Konstantin Malofeyevdən müsadirə edilən 5,4 milyon dolların Ukraynaya köçürüldüyünü açıqlayıb.

KONKRET.az CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Baş prokuroru Merrik Qarland bildirib.

“Müsadirə edilmiş Rusiya aktivlərinin Ukraynada istifadə üçün ilk dəfə köçürülməsinə icazə vermişəm”, – o deyib.

ABŞ-da olan Ukraynanın Baş prokuroru Andriy Kostin Vaşinqtona dəstəyə görə təşəkkür edib.

Qeyd edək ki, Malofeyev 2014-cü ildən ABŞ-ın sanksiya siyahısındadır. Nyu-Yorkun Cənub Dairəsi məhkəməsi ABŞ Ədliyyə Departamentinə sanksiyaları pozan milyarderin təxminən 5,4 milyon dollarını müsadirə etməyə icazə verib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*