Ramana qalasının yaxınlığındakı tullantılar qaz boruları üçün risk yaradır – VİDEObackend

Ramana qalasının yaxınlığındakı tullantılar qaz boruları üçün risk yaradır - VİDEO

Paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən tarixi Ramana qalasının ətrafında xoşagəlməz mənzərə yaranıb.

KONKRET.az xəbər verir ki, Əraziyə məişət tullantıları, quru ağaclar və müxtəlif zibillər atılıb.

Baku TV-nin ərazidə olan əməkdaşının sözlərinə görə, yaxınlıqda zibil konteynerlərinin olmasına baxmayaraq, tullantılar, əsasən, axşam saatlarında əraziyə gətirilərək boşaldılır.

Bildirilib ki, tullantılar arasında quru ağacların çox olması təhlükə yaradır.

Belə ki, zibilliyin yaxınlığından qaz boruları keçir. Tullantıların yandırılması halında alovun borulara keçməsi ciddi fəsadlara səbəb ola bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*