Sertifikasiyadan keçə bilməyən müəllimləri nələr gözləyir? – VACİB AÇIQLAMAbackend

Sertifikasiyadan keçə bilməyən müəllimləri nələr gözləyir? - VACİB AÇIQLAMA

Sertifikasiya imtahanından keçə bilməyən müəllimlərin əmək fəaliyyətini hansı yolla davam etdirə biləcəyi yenidən müzakirə mövzusuna çevrilib. Bəzi ekspertlər bu müəllimlərin yenidən Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsində iştirak etmək hüququna malik olduqlarını bildirsələr də, onların bu prosesə məcburi şəkildə cəlb edilməsinin doğru olub-olmaması ilə bağlı fərqli yanaşmalar mövcuddur.
Bəs sertifikasiyadan keçə bilməyən müəllimlər yenidən MİQ imtahanında iştirak etməlidirmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, sertifikasiya mərhələsindən keçə bilməyən müəllimlərin MİQ müsabiqəsində iştirak etmək hüququ var, lakin onların bu prosesə məcburi şəkildə cəlb olunması doğru yanaşma deyil.

Elçin Əfəndi
Ekspertin sözlərinə görə, MİQ müsabiqəsində iştirak tamamilə könüllülük prinsipi əsasında həyata keçirilməlidir:

“Sertifikasiya mərhələsindən keçə bilməyən müəllimlər təbii ki, MİQ-də iştirak edə bilərlər. Bu artıq onların verəcəyi qərardır. Amma hansısa qurum tərəfindən onların MİQ imtahanına cəlb edilməsi məncə doğru deyil. Bu proses könüllülük əsasında olmalıdır.
Pedaqoji fəaliyyətlə məşğul olmaq istəyən şəxslər üçün dövlət tərəfindən mərkəzləşdirilmiş qaydada imtahan keçirilir. Namizəd müsabiqənin tələblərinə uyğun nəticə göstərərsə, vakant yerlərin seçimində iştirak edərək müəllim kimi fəaliyyətə başlaya bilər”.

Onun sözlərinə görə, sertifikasiya prosesinin əsas məqsədi təhsil sistemində daha peşəkar, bilikli və potensiallı müəllim heyətinin formalaşdırılmasıdır:

“Sertifikasiya prosesi pedaqoji heyətin daha sağlam, daha potensiallı və yüksək ixtisaslı kadrlarla formalaşdırılmasına xidmət edir. Bu prosesdə iştirakçılar müəyyən olunmuş minimum keçid balını toplamağa çalışmalıdırlar.”

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*