Çinin süni intellekt startapı DeepSeek tədqiqat və təcrübə-konstruktor işlərinin (R&D), eləcə də hesablama infrastrukturunun inkişafı üçün təxminən 7,4 milyard ABŞ dolları cəlb etməyi planlaşdırır.
KONKRET.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır. Nəşr bildirir ki, yeni investisiya raundu çərçivəsində şirkətin bazar dəyəri 74 milyard dollara çata bilər.
İyunun əvvəlində DeepSeek Tencent, CATL və dövlətə məxsus National Artificial Intelligence Industry Investment Fund fondunun iştirakı ilə 50 milyard dollar dəyərləndirmə əsasında rekord həcmdə — 7 milyard dollar investisiya cəlb etmişdi.
KİV-in məlumatına görə, şirkət eyni zamanda Şanxay birjasında IPO-ya hazırlığa başlayıb və ilkin kütləvi səhmlərin yerləşdirilməsi gələn il baş tuta bilər.
Rəsmiyyə Şərifova,
KONKRET.az
