ABŞ Hind-Sakit okeanı regionunda Çinə qarşı çıxmaq üçün Vyetnama yaxınlaşmağa çalışır.
KONKRET.az xəbər verir ki, Bayden Çinə qarşı son çarə olaraq Vyetnamla strateji tərəfdaşlıq müqaviləsi imzalayacaq.
Bununla bağlı artıq Ağ Evdə müzakirələr də aparılıb.
ABŞ prezidenti bu razılaşmanı ABŞ-ın Hind-Sakit okeanı regionunda təsirini artırmaq kampaniyasında yeni qələbə kimi qiymətləndirəcək. Ona görə də Birləşmiş Ştatlar əlindən gələni edir ki, Pekinlə gərginliyin artması fonunda Hanoyu Vaşinqtona yaxınlaşdırmaq üçün gələn ay Vyetnamla müqavilə bağlasın.
Natiq Səlim,
KONKRET.az
