ABŞ Qəzza zolağından İsrailə raket hücumlarını pisləyib.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın Qüdsdəki səfirliyinin müvəqqəti işlər vəkili Stefani Hallet bildirib.
“Həmas terrorçularının İsrail vətəndaşlarına qarşı ayrı-seçkilik etmədən raket hücumlarını pisləyirəm”, – o, deyib.
“Mən rəsmilərlə əlaqə saxlayıram və İsrailin bu cür terror hücumlarına qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyirəm”, – Hallet qeyd edib.
Qeyd edək ki, HƏMAS hərəkatı İsrailə raket zərbələri endirib. İsrail ordusu “müharibəyə hazır” vəziyyətə gətirilib.
Ariz Həsənoğlu,
KONKRET.az
