İranda güclənən millətçilik dalğası ölkə diplomatlarının fəaliyyətini çətinləşdirir və ABŞ ilə uzunmüddətli atəşkəsin təmin olunması, eləcə də sanksiyaların yumşaldılması istiqamətində aparılan danışıqlara mənfi təsir göstərir.
KONKRET.az xəbər verir ki, ali dini lider Əli Xameneinin həlak olmasından sonra hakimiyyət cəmiyyətdə birliyi möhkəmləndirmək Məqsədilə vətənpərvərlik ritorikasından geniş istifadə edib.
Əsas mübahisə mövzularından biri Hörmüz boğazıdır. İlkin razılaşmalara əsasən, İranın 30 gün ərzində boğazı açacağı gözlənilsə də, bu, baş verməyib. Əksinə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) gəmilərə hücumları davam etdirib və Tehranın boğaza tam nəzarəti saxlamalı olduğunu bildirərək onun bağlı qaldığını açıqlayıb.
Buna cavab olaraq ABŞ prezidenti Donald Tramp İran limanlarına qarşı dəniz blokadasını bərpa edib və İrana zərbələrin davam etdirilməsi barədə göstəriş verib.
Amerika və vasitəçi mənbələrin məlumatına görə, İran diplomatları kompromis yollarını nəzərdən keçirməyə hazır olsalar da, radikal siyasi qüvvələrin və ictimai təzyiqin təsiri onların manevr imkanlarını məhdudlaşdırır.
Müşviq Tofiqoğlu
KONKRET.az
