ABŞ Niderlanda beşinci nəsil “F-22 Raptor” qırıcılarını yerləşdirdibackend

ABŞ Niderlanda beşinci nəsil "F-22 Raptor" qırıcılarını yerləşdirdi

ABŞ NATO-nun Havadan Mühafizə missiyası çərçivəsində Polşada təlimlər üçün müvəqqəti yerləşdirilmiş beşinci nəsil “F-22 Raptor” qırıcı-bombardmançılarını Niderlanda köçürüb. 

KONKRET.azİnterfax”a istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı komandanlığı məlumat yayıb.

Bildirilib ki, ABŞ-ın “F-22” təyyarələri təlim uçuşlarını Polşanın “F-16” və İtaliyanın “Eurofighter Typhoon” qırıcıları ilə birgə həyata keçirib.

Məlumata görə, bazar ertəsi alyansa üzv ölkələrin hərbi hava qüvvələri “Steadfast Noon” təlimlərinə başlayıb.

Belçika, Böyük Britaniya və Şimal dənizi ərazilərində keçiriləcək və oktyabrın 30-dək davam edəcək hava təlimlərinə NATO-nun 14 ölkəsindən 60 təyyarə cəlb olunacaq.

Bu məqsədlə ABŞ Hərbi Hava Qüvvələri Avropaya nüvə silahı daşımağa qadir olan “B-52H” strateji bombardmançı qrupunu göndərəcək.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*