ABŞ Ordusu PrSM uzunmənzilli raketin kvalifikasiya uçuş sınaqlarını uğurla başa vurub.
KONKRET.az Techkult-a istinadən xəbər verir ki, hədəf 150 km məsafədən vurulub.
Daha əvvəl 500 km-ə qədər mənzilli raketin yaradılması nəzərdə tutulurdu, lakin Rusiya ilə ABŞ arasında qısa mənzilli nüvə qüvvələri müqaviləsinin (INF müqaviləsi) ləğvi ilə bu məhdudiyyətlər aradan qaldırıldı və indi 750 km-ə qədər uçuş məsafəsi olan raketlərdən söhbət gedir.
Bildirilir ki, PrSM-i işə salmaq üçün M270A1 MLRS (4 raket) və M142 HIMARS (2 raket) TPK-lardan istifadə edilməsi planlaşdırılır. PrSM-nin əsas hədəfləri S-400 Triumph hava hücumundan müdafiə sistemi, radar və idarəetmə postları olacaq.
Ariz Həsənoğlu,
KONKRET.az
