ABŞ səfiri: “Finlandiya və İsveç bu ilin sonuna qədər NATO-ya qəbul edilə bilər”backend

ABŞ səfiri: "Finlandiya və İsveç bu ilin sonuna qədər NATO-ya qəbul edilə bilər"

Finlandiya və İsveç bu ilin sonuna qədər NATO-ya qəbul edilə bilər.

KONKRET.az Politico” qəzetinə istinadən xəbər verir ki,  bu barədə ABŞ-ın Helsinkidəki səfiri Duqlas Hikki bildirib.

Onun sözlərinə görə, alyansın genişlənməsini ratifikasiya etmək üçün yalnız üç ölkə, Slovakiya, Macarıstan və Türkiyə qalıb. 2023-cü ilə qədər Macarıstan və Türkiyənin yekun qərar vermələri gözlənilir.

ABŞ səfiri Helsinkidə macar həmkarı ilə danışıqlardan sonra belə qənaətə gəlib ki, Macarıstan müsbət qərar verəcək.

Qeyd edək ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra Finlandiya və İsveç NATO-ya üzv olmaq qərarına gəlib. Türkiyə hər iki ölkəni terrorçuları dəstəkləməkdə ittiham edərək alyansın genişlənməsinə qarşı çıxıb. Lakin sonda Ankara İsveç və Finlandiyanın NATO-ya daxil olmasına dəstək verməyə razılaşıb və onlar üçün bir sıra şərtlər irəli sürüb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*