ABŞ Suriya ilə bağlı fövqəladə vəziyyətin müddətini uzatdıbackend

ABŞ Suriya ilə bağlı fövqəladə vəziyyətin müddətini uzatdı

ABŞ prezidenti Co Bayden Suriya ilə bağlı fövqəladə vəziyyətin müddətini uzadıb.

KONKRET.az bu barədə xarici mediaya istinadən xəbər verir.

“Türkiyənin Suriyanın şimal-şərqinə hərbi hücuma keçmək üzrə hərəkətləri İslam Dövlətini məğlub etmək kampaniyasını sarsıdır, mülki insanları riskə atır və sülhün pozulması üçün əlavə risk yaradır”, – Ağ Evin saytında dərc olunan sərəncamda deyilir.

“Bu səbəbdən 2019-cu il oktyabrın 14-də 13894 saylı Sərəncamla elan edilmiş milli fövqəladə vəziyyət 2023-cü il oktyabrın 14-dən sonra fəaliyyətini davam etdirəcək”, – sənəddə bildirilir.

Beləliklə, fərmanın müddəti daha bir il uzadılır.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*