“Heqset belə düşünməkdə yanılır” – Zelenskidən vacib etirafbackend

"Heqset belə düşünməkdə yanılır" - Zelenskidən vacib etiraf

Prezident Volodimir Zelenski bildirib ki, ABŞ-ın müdafiə naziri Pit Heqset Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün raket tədarükü məsələsinin həll olunduğunu düşünməkdə yanılır.

KONKRET.az xəbər verir ki, Zelenski ABŞ tərəfindən Ukraynaya cəmi 12 raketdən ibarət paketin təsdiqləndiyini qeyd edib.

“Bəlkə də o, hər şeyə imza atdığını düşünür, amma belə deyil. ABŞ-dan 12 raketdən ibarət paket var və o, bunu təsdiqləyib. Lakin mən bu ay ərzində 35 raketdən istifadə etmişəm”, – deyə Ukrayna lideri bildirib.

Zelenskinin sözlərinə görə, çatışmayan digər 23 raketi Ukrayna özü axtarıb tapmalı olub.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*