ABŞ Ukraynaya F-16 döyüş təyyarələrinin çatdırılmasına icazə verdibackend

ABŞ Ukraynaya F-16 döyüş təyyarələrinin çatdırılmasına icazə verdi

ABŞ Hollandiyaya F-16 döyüş təyyarələrinin Ukraynaya çatdırılmasına icazə verdiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, Hollandiya müdafiə naziri Kajsa Ollongren bunu sosial media platformasında elan edib.

“Biz ABŞ-ın F-16 döyüş təyyarələrinin Ukraynaya çatdırılmasına razılıq verməsini alqışlayırıq. Bu, bizə ukraynalı pilotların təlimini başa çatdırmağa imkan verir”, – Ollonqren bildirib.

O, növbəti addımlar üçün avropalı tərəfdaşları ilə əlaqə saxladıqlarını deyib.

Hollandiyanın xarici işlər naziri Wopke Hoekstra da əməkdaşlığa görə amerikalı həmkarı Antoni Blinkenə təşəkkür edib. O, bu addımı Ukraynanın öz xalqını və ölkəsini müdafiə etməsi üçün mühüm mərhələ kimi qiymətləndirib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*