“ABŞ vaqnerçiləri izləyir” – Millerbackend

"ABŞ vaqnerçiləri izləyir" - Miller

“Vaşinqton Vaqner PMC muzdlularının Belarusda yerləşdiyi ərazidən xəbərdardır və ABŞ vaqnerçilərin hərəkətlərini izləməkdə davam edir.”.

KONKRET.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

“Əlbəttə, biz Vaqner PMC qoşunlarının yenidən yerləşdirilməsini gördük”, –  deyə Dövlət Departamentinin nümayəndəsi Qomel bölgəsində vaqneritlər üçün yeni düşərgənin tikintisi ilə bağlı məlumatı şərh edib.

Miller vurğulayıb ki, ABŞ “Vaqner PMC” muzdlularının məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görməyə davam edəcək.

“Artıq qeyd etdiyimiz kimi, bu qüvvələrin Belarusa gəlişi Lukaşenkonun Belarus xalqının maraq və istəklərinə zidd olaraq nəzarət və qərar qəbuletmə imkanlarını Kremlə necə ötürməkdə davam etdiyinə daha bir nümunədir”, – deyə Pentaqonun sözçüsü əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*