ABŞ və Türkiyə NATO-nun Qara dənizdəki mövcudluğunu artırmaq üçün danışıqlar aparırbackend

ABŞ və Türkiyə NATO-nun Qara dənizdəki mövcudluğunu artırmaq üçün danışıqlar aparır

ABŞ və Türkiyə NATO gəmilərinin Qara dənizdə mövcudluğunu artırmaq üçün məsləhətləşmələr aparır.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen bildirib.

Senatorlar ondan soruşublar ki, ABŞ NATO-nun Qara dənizdəki hərbi mövcudluğunu genişləndirmək istəyirmi?. “Bu, türk müttəfiqlərimizlə davam edən müzakirə mövzusudur. Türkiyə hərbi gəmilərin Qara dənizə çıxışına nəzarət edir”, – diplomat deyib.

O iddia edib ki, Vaşinqton Ankaranı Moskva ilə enerji sektorunda əməkdaşlığı gücləndirməkdən çəkindirir. Bunun müqabilində ABŞ Türkiyəyə ikitərəfli münasibətləri gücləndirməyi təklif edir.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*