TV8 kanalının rəhbəri və tanınmış aparıcı Acun İlıcalı ona uğurlar gətirən xüsusiyyətlərindən danışıb.
KONKRET.az Publika.az-a istinadən xəbər verir ki, o, bu barədə Antalya Diplomatiya Forumunda çıxışı zamanı danışıb.
Forumun Gənclik sessiyasında məruzəçi kimi iştirak edən məşhur media maqnatı gənclərə uğur sirlərindən danışıb. O, verdiyi bütün qərarlarda riskə getməyi sevdiyini etiraf edib və “Uğurlarınızı nəyə borclusunuz?” sualına bu cavabı verib:
“Karyeramda irəlilədikcə qərarlarımda maliyyə məsələlərini ön planda saxlamadım, verdiyim qərarların hamısında riskə getdim. Həmçinin 30 yaşına qədər edə biləcəyiniz ən vacib şey həqiqi dostlar tapmaqdır. Tək qalmayın. Əgər dostlarınızı səhv seçmisinizsə, dərhal dəyişdirin”.
