38 yaşlı Adriana Lima yalnız Braziliyanın deyil, bütün dünyanın ağ ciyəri hesab olunan, yanan Amazon meşələrinə diqqət çəkmək üçün fotoqrafların önünə çılpaq çıxıb. Konkret.az xəbər verir ki, Lima özünün sosial media hesabında çılpaq pozaları ilə gündəmə gəlib. Fotoqraf Russell James tərəfindən yazılmış və yalnız kolleksiyaçılar üçün hazırlanan kitabda Adriana Lima ilə yanaşı bir çox məşhur modelin çılpaq pozaları da yer alır. İnstaqramda Adriana Lima kitabın Amazon meşələrinin xeyrinə hazırlandığını deyib. Bu, izləyiciləri arasında qızğın mübahisəyə səbəb olub. Limanın bir izləyicisi Amazon meşəsin kömək üçün çılpaq soyunmağa ehtiyac olmadığını vurğulayıb. Başqa bir istifadəçi isə modelin hərəkətlərini seksi təbliğ etmək kimi dəyərləndirib.
Konkret.az

