Türkiyənin məşhur serialında azərbaycanlı şairin qəzəli səsləndirilib.
KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, artıq dörd sezondur izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanan “Çukur” serialının 23-cü bölümündə İmadəddin Nəsiminin “Sığmazam” qəzəlinin sözləri əsasında mahnı ifa olunub.
Qeyd edək ki, sözügedən qəzəlin müğənni Afət Fərmanqızı tərəfindən hind musiqisi üstündə oxunması böyük rezonansa səbəb olmuşdu.
