AFFA Mxitaryanla bağlı UEFA-ya NOTA GÖNDƏRDİ – FOTObackend

AFFA Mxitaryanla bağlı UEFA-ya NOTA GÖNDƏRDİ - FOTO

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Mxitaryanla bağlı UEFA-ya nota göndərib.

KONKRET.az xəbər verir ki, AFFA Ermənistan futbol komandasının sabiq kapitanı Henrix Mxitaryanın bu yaxınlarda verdiyi müsahibə ilə bağlı UEFA-ya və İtaliya Futbol Federasiyasına müraciət edəcək.

“AFFA bu təxribatdan xəbərdardır. Artıq assosiasiya müvafiq prosedurlara başlayıb. Bütün lazımi sənədlər hazırlandıqdan sonra UEFA və İtaliya Futbol Federasiyasına göndəriləcək”, – deyə AFFA-nın açıqlamasında bildirilir.

Xatırladaq ki, İtaliyanın “İnter” klubunda çıxış edən erməni futbolçu Henrix Mxitaryan İtaliya komandasının rəsmi “Youtube” kanalına müsahibə verib.

Müsahibə zamanı haralısan sualına cavab verərkən, Ermənistanın, o cümlədən Qarabağın xəritəsini çəkib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*