“Qarabağ” Avropa Liqasında mübarizəyə başlayırbackend

"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır

“Qarabağ” UEFA Avropa Liqasının 2026/2027 mövsümündə bu gün ilk oyununu keçirəcək.

KONKRET.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda İslandiyanın “Vestri” komandasını qəbul edəcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək.

Matçın baş hakimi moldovalı FIFA referisi Roman Jitari olacaq.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qlentoran” (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*