DÇ-2026-nın 1/4 final mərhələsində İngiltərə-Norveç oyunu təxirə salına bilər.
KONKRET.az xəbər verir ki, iyulun 12-də Mayamidəki “Hard Rock” stadionunda keçirilməsi planlaşdırılan görüşə əlverişsiz hava şəraitinin mane olması mümkündür.
Proqnozlara əsasən, həftəsonu şəhərdə havanın temperaturu 34 dərəcəyədək yüksələcək, habelə güclü göy gurultulu yağış gözlənilir.
Yüksək rütubət səbəbindən matçın startı zamanı hiss olunan temperaturun 43 dərəcəyə çatacağı proqnozlaşdırılır. Buna görə də qarşılaşmanın vaxtının dəyişdirilməsi ehtimalı nəzərdən keçirilir.
Norveç-İngiltərə matçı Bakı vaxtı ilə iyulun 12-də saat 01:00-da başlamalıdır.
