Estoniya Rusiyaya nota verdibackend

Estoniya Rusiyaya nota verdi

Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini çağırıb və etiraz notası verib.

KONKRET.az xəbər verir ki, bu haqda Estonya XİN məlumat yayıb.

Nazirlik bildirib ki, “Estoniya və Baltikyanı ölkələrin nüfuzdan salınmasına yönəlmiş genişmiqyaslı Rusiya dezinformasiya kampaniyasını” qətiyyətlə pisləyir.

Xarici işlər naziri Marqus Tsaxna qeyd edib ki, Tallin Rusiya ərazisinə hücumlar üçün hava məkanından istifadəyə icazə verməyib.

“Estoniya beynəlxalq hüququ dəstəkləyən və beynəlxalq müqavilələr üzrə öhdəliklərini ardıcıl olaraq yerinə yetirən demokratik, qanunun aliliyi ilə idarə olunan bir dövlətdir”, – o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*