ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı yeni genişmiqyaslı zərbələrin başladığını açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti “X” sosial şəbəkəsində xəbər yayıb.
ABŞ tərəfi bildirir ki, bu əməliyyatlar İranın Hörmüz boğazı ərazisində üç mülki gəmiyə endirdiyi zərbələrə cavab tədbiridir. Digər tərəfdən, İran mediası ölkənin cənubundakı Sirik şəhərində yeddi, Bəndər-Abbas şəhərində isə daha altı partlayışın baş verdiyini bildirib. Zərbələrin nəticələri barədə hələlik ətraflı məlumat yoxdur. Xəsarət alanlarla bağlı da hər hansı bir məlumat daxil olmayıb.
Qeyd edək ki, Yaxın Şərqdə münaqişə fevralın sonunda İsrail və ABŞ-nin İrana endirdiyi zərbələrdən sonra kəskinləşmişdi. Tərəflər yalnız iyunun 14-də sülh sazişinə nail olaraq atəşkəs elan etmiş, iyunun 18-də isə elektron memorandum imzalamışdılar.\\oxu.az
