Tramp Ağ Evdən Türkiyəyə yola düşməyə hazırlaşarkən Dövlət katibi Marko Rubio və hərbi nazir Pit Heqset ona İranın Hörmüz boğazından keçən kommersiya gəmilərinə qanadlı raketlər və PUA-larla hücum etdiyi barədə məlumat veriblər.
KONKRET.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
“Tramp Tehranın hələ də yekun razılığa gəlməyə sadiq olub-olmadığını soruşub və yüksək səviyyəli milli təhlükəsizlik müşavirləri ilə məsləhətləşdikdən sonra bunun belə olmadığı qənaətinə gəlib.
Görüş onu atəşkəs çərçivəsindən imtina etməyə və İrana yeni hərbi zərbələr endirməyə, iqtisadi təzyiqləri bərpa etməyə sövq edən dönüş nöqtəsi olub”, – məlumatda bildirilib.
