AFFA yeni hakimləri təsdiq etdibackend

AFFA yeni hakimləri təsdiq etdi

AFFA-nın Hakimlər Komitəsi 2020/2021-ci il mövsümündə futbol üzrə Azərbaycan Premyer Liqasında və Birinci Divizionda fəaliyyət göstərəcək bir neçə yeni referi və referi köməkçisini təsdiq edib.

KONKRET.az AFFA-nın saytına istinadla xəbər verir ki, Rəşad Əhmədov Premyer Liqaya referi, Kamran Bayramov isə referi köməkçisi kimi təyinat alıb. Tural Qurbanov Birinci divizionda referi kimi ədaləti qoruyacaq. Hidayət Feyzullayev, Tərlan Talıbzadə və Vüsal Məmmədov referi köməkçisi olacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*