Afrika Birliyi Nigerin təşkilatdakı fəaliyyətini DAYANDIRDIbackend

Afrika Birliyi Nigerin təşkilatdakı fəaliyyətini DAYANDIRDI

Afrika İttifaqının (Aİ) Sülh və Təhlükəsizlik Şurası Nigerin təşkilatdakı fəaliyyətini dayandırmağa qərar verib.

KONKRET.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Müvafiq qərar Şuranın avqustun 14-də keçirilən iclasında qəbul edilib.

Qeyd olunub ki, Aİ Sülh və Təhlükəsizlik Şurası Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) Nigerdə ​​sülh yolu ilə nizamı bərpa etmək səylərini dəstəkləyir.

“Biz ECOWAS-ın Nigerdə ​​asayişi diplomatiya yolu ilə bərpa etmək səylərini dəstəkləyirik”, – Şuranın bəyanatında deyilir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*