Afrika ölkələrinin liderləri eşşəklərə görə toplandı – Qadağa tətbiq edildibackend

Afrika ölkələrinin liderləri eşşəklərə görə toplandı - Qadağa tətbiq edildi

Afrika Birliyi 37-ci Afrika İttifaqı Sammitində eşşək dərisi ticarətini qadağan edib. Qadağaya səbəb qitədə eşşək sayının azalması ilə izah edilir.

KONKRET.az xəbər verir ki, Afrika liderləri həftə sonu Efiopiyada keçirilən Afrika İttifaqının 37-ci Sammitində iştirak ediblər. Sammitdə eşşək dərisi ticarətinə qadağa qoyulub.

Başda Çin olmaqla bəzi ölkələrin eşşək dərisindən əldə edilən jelatinə tələbatı bu heyvanların sayının kəskin şəkildə azalmasına səbəb olub.

Qərardan sonra açıqlama verən Böyük Britaniyada yerləşən eşşək mühafizəsi dərnəyi bildirib ki, dünyada hazırda 33 milyon eşşək var. Hər il 4 milyon eşşək kəsilir.

Dünyada eşşək sayının üçdə ikisinin yaşadığı Afrikada bu ev heyvanından həm nəqliyyatda, həm də təsərrüfatda geniş istifadə olunur.

Çinin Afrika ölkələrindən eşşək idxal etməsinin ən mühüm səbəbi, eşşək dərisindən əldə edilən “ejiao” adlanan jelatin tərkibli məhsullara tələbatın artmasıdır.

Çində xüsusilə tibb sahəsində çoxməqsədli istifadə edilən “ejiao” məhsulları gəncliyin iksiri hesab edilir və statistikaya görə, bu məhsullar üçün Çində hər il 4 milyon eşşək kəsilir.

Afrikada eşşək populyasiyasının azalmasının digər səbəbi Çinin eşşək əti idxal etməsidir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*