Hizbullah lideri İsrailə “meydan oxudu” – “MƏHV EDƏCƏYİK”backend

Hizbullah lideri İsrailə "meydan oxudu" - "MƏHV EDƏCƏYİK"

Livanın “Hizbullah” hərəkatının lideri Naim Qasım İsraillə birbaşa danışıqların qəti şəkildə rədd edildiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə o,” Asharq Al-Awsat” nəşrinə müsahibəsində danışıb.

Qasım bildirib ki, hərəkat İsraillə birbaşa danışıqları qəbul etmir və belə anlayışın “Hizbullah” üçün mövcud olmadığını vurğulayır.

Onun sözlərinə görə, hakimiyyətdə olan qüvvələr anlamalıdır ki, bu cür addımlar nə Livana, nə də özlərinə fayda verəcək.

Eyni zamanda o, qeyd edib ki, hər hansı danışıqların başlanması üçün İsrail bir sıra şərtləri yerinə yetirməlidir. Bu şərtlər sırasında hücumların dayandırılması, qoşunların Livan ərazisindən çıxarılması, məhbusların azad edilməsi, məcburi köçkünlərin evlərinə qaytarılması və ölkədə bərpa işlərinin aparılması yer alır.

Hizbullah lideri əlavə edib ki, təşkilat 2026-cı ilin mart ayından əvvəlki vəziyyətə qayıtmayacaq və müqaviməti davam etdirəcək.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*