Azərbaycan Prezidenti İlham Əliyev Çexiya ilə bu gün də ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığını və 800 milyon dollardan çox olduğunu deyib.
KONKRET.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişlə Qəbələdə mətbuata bəyanatında səsləndirib.
“Əgər ticarət dövriyyəsinin strukturuna baxsaq, görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözə dəyir. Ona görə biz ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini arzulayırıq. Ümid edirəm ki, biz buna nail olacağıq. Çünki bu gün həm təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlarda bir çox konkret iqtisadi və sərmayə yönümlü layihələr müzakirə edilmişdir”, – Prezident qeyd edib.
